
Bakı1
Planlama üzrə mütəxəssis

Келишим боюнча
Planlama üzrə mütəxəssis
ТекшерилдиБүгүн
Сүрөттөмө
Satış proqnozları və daxil olan sifarişlər əsasında gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanmasında iştirak etmək; İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq və satınalma şöbəsinə təqdim etmək; Hazır məhsul və xammal stoklarını gündəlik izləmək, minimum və maksimum ehtiyat səviyyələrinə nəzarət etmək;Satış, istehsalat, satınalma, logistika və anbar şöbələri ilə planlama üzrə məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;İstehsal planlarının faktiki icrasını izləmək, plan və fakt göstəriciləri arasındakı fərqləri təhlil etmək;Satış proqnozları ilə faktiki satışları müqayisə etmək, tələbatdakı dəyişiklikləri müəyyən etmək; Artıq stokların yaranmasının və məhsul çatışmazlığının qarşısını almaq üçün müvafiq təkliflər hazırlamaq; Xammal çatışmazlığı, istehsal gecikmələri və sifariş dəyişiklikləri barədə aidiyyəti şöbələri vaxtında məlumatlandırmaq;Anbarların mövcud tutumunu və məhsulların dövriyyəsini nəzərə alaraq məhsul ehtiyatlarının planlaşdırılmasında iştirak etmək.
Tələblər:
Təhsil: Ali;İş təcrübəsi: 1-3 il;Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook);Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
Şəxsi Keyfiyyətlər:Analitik düşüncə və problem həll etmə bacarığı;Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti;Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.
İş şəraiti:İş saatı: 09:00-dan 18:00-dək;İstirahət: Şənbə və bazar günü;İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik: Əmək haqqı: Razılaşma yolu ilə;Şəhərin mərkəzində ofis;Dinamik və gənc komanda ilə iş imkanı.
Vakansiya növü: Tam ştat
Şirkət: Mətanət A Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-planlama-uzre-mutexessis-6553354/apply
РЕКЛАМА




