Prayk

POS Satış Məsləhətçisi

Келишим боюнча
ТекшерилдиКечээ
Шаар
Bakı
Категория
Сатуу
Күнү
Көрүүлөр
7
Номери
№4515109

Сүрөттөмө

Vəzifə öhdəlikləri Mağazaya daxil olan müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və tikinti-təmir materiallarının seçimi ilə bağlı peşəkar məsləhətlər vermək; Məhsulların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyat norması və istehsalçı ölkəsi barədə müştərilərə dəqiq məlumat təqdim etmək; Müəyyən edilmiş fərdi aylıq satış planını yerinə yetirmək, ziyarətçilərin alıcıya çevrilmə göstəricisini (Conversion Rate) artırmaq və müştərilər üçün tikinti smetalarını hesablamaq; Əsas məhsullarla yanaşı tamamlayıcı məhsulları (qum, plastikləşdirici, alətlər və bərkitmə vasitələri və s.) təklif etməklə orta çek məbləğinin və bir alış üzrə məhsul çeşidinin artırılmasına nail olmaq; Məhsulları vitrin və rəflərdə səliqəli, estetik görünüşə, daxili standartlara və planoqramaya uyğun yerləşdirmək; Qiymət etiketlərinin düzgün, aydın görünən və aktual olmasına nəzarət etmək; Yeni daxil olan tikinti materiallarının qəbulunda, sayımında və rəflərə yerləşdirilməsində iştirak etmək, zərurət olduqda mağaza əməkdaşlarına dəstək göstərmək; Məhsulların son istifadə tarixlərinə nəzarət etmək və FEFO prinsipinə uyğun olaraq (istifadə müddəti daha tez bitən məhsulun əvvəl satılması) satışını təmin etmək; Ehtiyatı azalan və ya tükənən məhsullar barədə mağaza rəhbərliyinə və ya təchizat şöbəsinə vaxtında məlumat vermək; Satış zalının, rəflərin və məhsulların təmizliyini, səliqəsini və nizamını daim qorumaq. Tələb olunan tələblər və bacarıqlar Orta-ixtisas və ya ali təhsil; Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi; Kompüterdən istifadə üzrə baza bilikləri; MS Word və Excel proqramlarında işləmək bacarığı; 1C satış proqramı ilə işləmək bacarığı; Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı; Nəzakətlilik, müşahidəçilik və diqqətlilik; Məsuliyyətlilik və komandada işləmək bacarığı.

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Holcim (Azərbaycan) ASC busy.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА