Prayk

Rəqəmsal Marketinq və Reklam Mütəxəssisi

800 ₼
Текшерилди2 күн мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
3
Номери
№4168468

Сүрөттөмө

İş barədə məlumat: İş şəraiti: * İş yeri: Bakı şəhəri, Dalğa Plaza * İş formatı: Tam ştat * Əməkhaqqı: Namizədin təcrübəsinə uyğun müəyyən ediləcək. Vəzifə öhdəlikləri: * Vakansiya elanlarını Instagram, Facebook, LinkedIn və vakansiya saytları üçün uyğun mətn, dizayn və paylaşım formatında hazırlamaq; * Vakansiya elanlarının Meta və digər platformaların reklam siyasətlərinə, o cümlədən məşğulluq reklamlarına tətbiq edilən qaydalara uyğunluğunu yoxlamaq; * Meta Ads Manager üzərindən reklam kampaniyalarını qurmaq, reklam büdcəsini idarə etmək və nəticələri optimallaşdırmaq; * Vakansiyanın tələblərinə uyğun namizədlərdən müraciət əldə etmək məqsədilə reklam mətnlərini, vizualları, CTA-ları və platformaya uyğun hashtag strategiyasını hazırlamaq; * Instagram və LinkedIn səhifələrində vakansiya kontentinin paylaşım planını, vizual keyfiyyətini və reklam hesablarının təhlükəsiz istifadə qaydalarını idarə etmək; * Reklam nəticələrini müraciət sayı, uyğun müraciət faizi, müraciət başına xərc və digər əsas göstəricilər üzrə təhlil edərək hesabat təqdim etmək. Tələblər: Təhsil : Ali İş təcrübəsi : 5 ildən artıq Yaş : 29 - 40 *Namizədə tələblər:* * Rəqəmsal marketinq, ödənişli reklam və ya sosial media reklamları sahəsində praktik təcrübə; * Meta Ads Manager və Meta reklam siyasətləri üzrə yaxşı bilik; * Məşğulluq reklamlarına tətbiq edilən xüsusi reklam kateqoriyaları və hədəfləmə məhdudiyyətləri barədə bilik; * Instagram, Facebook və LinkedIn platformalarının kontent və reklam formatlarını bilmək; * AI və dizayn alətləri vasitəsilə peşəkar və platformalara uyğun vakansiya vizualları hazırlamaq bacarığı. * Reklam analitikası, A/B testləri və büdcə optimallaşdırılması üzrə təcrübə; * Azərbaycan dilində orfoqrafik cəhətdən düzgün və təsirli reklam mətnləri hazırlamaq bacarığı; * HR, işə qəbul və ya vakansiya reklamları sahəsində təcrübə üstünlükdür. *Müraciət üçün:* CV-nizi və idarə etdiyiniz reklam kampaniyalarına dair portfelinizi e-mailin mövzu hissəsində “Rəqəmsal Marketinq və Reklam Mütəxəssisi” qeyd etməklə e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Müraciətdə Meta Ads üzrə təcrübənizi, işlədiyiniz reklam büdcələrini və əldə etdiyiniz nəticələri qısa şəkildə qeyd etməyiniz xahiş olunur. Əmək haqqı: 700 - 800 AZN Şirkət: VTB CR MMC Müraciət: https://ejob.az/is-elani/104307-reqemsal-marketinq-ve-reklam-mutexessisi/

Окшош жарнактар

SMM — Bakı
1 000 ₼

SMM


BakıКечээ 09:52