Prayk

Satınalma - Sürücü

750 ₼
Текшерилди2 апта мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
4
Номери
№3347321

Сүрөттөмө

İş qrafiki • Bazar ertəsi – Şənbə • Saat 09:00 – 18:00 • Həftədə 1 gün istirahət Əmək haqqı: 750 AZN (başlanğıc əmək haqqı) İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 1/25, Elektro Mall • Yaş: 25–35 • Elektrik məhsulları üzrə məlumatlı olması əsas şərtlərdən biridir • Satınalma sahəsində iş təcrübəsi • Analitik düşünmə və danışıqlar aparmaq bacarığı • Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı • Sürücülük vəsiqəsinin mövcudluğu əsas şərtlərdən biridir • BC kateqoriyalı sürücülük vəsiqəsi • Aktiv sürücülük təcrübəsi • Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq • Fiziki cəhətdən aktiv olmaq və məhsul yığımı işini yerinə yetirə bilmək • Məsuliyyətli, dürüst və intizamlı olmaq • Komandada işləmək bacarığı • Müştərilərlə nəzakətli ünsiyyət qurmaq • Tapşırıqları vaxtında və dəqiq icra etmək • Punktuallıq və səliqəlilik • Günün birinci yarısında (saat 13:00-dək) mağaza sifarişlərinin verilməsi və mağaza sifarişlərinə uyğun məhsulların toplanması və hazırlanması • Toplanan məhsulların say, model və sənədlərlə uyğunluğunun yoxlanılması • Məhsulların avtomobilə düzgün və təhlükəsiz şəkildə yüklənməsində iştirak etmək • Günün ikinci yarısında sifarişlərin müştərilərin ünvanlarına vaxtında və təhlükəsiz çatdırılması • Çatdırılma zamanı qaimə və digər sənədlərin düzgün təqdim olunmasını təmin etmək • Təhvil-təslim prosesini şirkətin daxili qaydalarına uyğun həyata keçirmək • Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət • Malların vaxtında və düzgün şəkildə təhvil alınmasına nəzarət • Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək və təmiz saxlanılmasını təmin etmək • Yanacaq sərfiyyatına və avtomobilin səmərəli istifadəsinə diqqət yetirmək • Rəhbərlik tərəfindən verilən marşrut üzrə hərəkət etmək • Yol hərəkəti qaydalarına tam riayət etmək • Şirkətin əmlakına və daşınan məhsullara məsuliyyətlə yanaşmaq • İş prosesi ilə bağlı rəhbərliyə operativ məlumat vermək. Əmək haqqı: 750 AZN
РЕКЛАМА