Prayk

Satınalma üzrə baş mütəxəssis / Senior Procurement Specialist

Келишим боюнча
Текшерилди2 апта мурун
Шаар
Bakı
Категория
Сатуу
Күнү
Көрүүлөр
3
Номери
№3401720

Сүрөттөмө

Namizədə olan tələblər: Təchizat zənciri idarəetməsi, biznesin idarə edilməsi, mühəndislik və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür. Satınalma/təchizat zənciri idarəetməsi sahəsində minimum 7+ illik iş təcrübəsi, o cümlədən yuxarı (senior) səviyyəli vəzifədə təcrübə. Xammal, istehsalat materialları/komponentləri, avadanlıq və ehtiyat hissələrinin satınalınması daxil olmaqla, həm yerli, həm də beynəlxalq təchizatçılarla strateji satınalma sahəsində güclü təcrübə. Danışıqlar aparma və əlverişli müqavilə şərtlərinin əldə edilməsi bacarığı Müqavilələrin idarə edilməsi üzrə təcrübənin olması, o cümlədən kommersiya şərtləri, risklərin və məsuliyyətlərin bölüşdürülməsi barədə dərin anlayış, həmçinin INCOTERMS, idxal satınalması, logistika və gömrük prosedurları üzrə praktiki bilik. Tender sənədlərinin dəqiq və vaxtında hazırlanmasından tutmuş təkliflərin təqdim edilməsinə və Tender Komitəsi ilə rəhbərlikdən təsdiqin alınmasına qədər tam tender prosesinin idarə edilməsi təcrübəsi. Təchizatçıların qiymətləndirilməsi və uzunmüddətli, etibarlı tərəfdaşlıqların qurulması daxil olmaqla, əla təchizatçı əlaqələrinin idarə edilməsi bacarığı. Bazar şərtlərinin müqayisəli təhlili və Tədarük risklərinin qiymətləndirilməsi ilə güclü analitik bacarıqlar. Müxtəlif şöbələrlə əməkdaşlıqda rahat işləmək və çoxfunksiyalı mühitdə bir neçə prioriteti eyni vaxtda idarə etmək bacarığı. ERP sistemləri (SAP, 1C və ya oxşar) ilə iş təcrübəsi. MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı. Beynəlxalq təchizatçılarla əminliklə, peşəkar şəkildə ünsiyyət qurmağa və danışıqlar aparmağa imkan verən güclü İngilis dili bilikləri (yazılı və şifahi). Beynəlxalq səviyyəli satınalma/təchizat zənciri sertifikatının (CIPS, ISM/CPSM və ya ekvivalent) mövcudluğu arzuolunandır. Ümumi vəzifə öhdəlikləri: Strateji satınalma və tender proseslərinin icrası, istehsalın fasiləsiz davam etməsi üçün materialların (Əsasən xammal, istehsalat materialları, avadanlıq və ehtiyat hissələri) vaxtında təmin edilməsi. Yerli və beynəlxalq təchizatçıların müəyyən edilməsi və əməkdaşlığın inkişaf etdirilməsi, əlverişli əsas kommersiya şərtlərinin əldə edilməsi üçün danışıqların aparılması. Təchizatçıların fəaliyyətinin monitorinqi, o cümlədən keyfiyyət, çatdırılma müddətləri və razılaşdırılmış şərtlərə uyğunluğun izlənilməsi. Təchizatçı ilə müqavilə şəertlərinin razılaşdırılması, əlverişli kommersiya şərtləri təmin edilməsi, idxal logistikası və gömrük prosedurlarının idarə edilməsi. Digər maraqlı struktur bölmələrlə sıx əməkdaşlıqda satınalma prosesinin aparılması, bazar və tədarük risklərinin nəzərə alınması Xərclərin təhlili və ümumi sahiblik dəyərinin (TCO) qiymətləndirilməsi, qənaət imkanlarının müəyyən edilməsi və satınalma qərarlarının icrası. Satınalma fəaliyyətlərinin sənədləşdirilməsinin və şirkət prosedurlarına uyğunluğunun təmin edilməsi, xərclər və təchizatçı performansı barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması. Şöbə daxilində satınalma proseslərinin təkmilləşdirilməsinə töhfə verilməsi. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciət: https://stpcareer.com/vakansiya-haqqinda/350
РЕКЛАМА