
6
Sürücü

600 ₼
Sürücü
ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр6
Номери№5110929
Сүрөттөмө
İş əsasən şəhər daxilində müxtəlif ünvanlara məhsulların çatdırılmasından ibarətdir. Çatdırılan məhsullar arasında kartriclər, printerlər və müxtəlif IT avadanlıqları yer alır. Bəzi hallarda məhsulların avtomobildən götürülərək müştərinin ünvanına qədər əl ilə daşınması tələb olunur. Əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmi əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
Əmək haqqı 600 AZN-dən başlayır. İlk il 6 aydan bir əmək haqqının artırılması nəzərdə tutulur.
Öhdəliklər:
Fiat Doblo markalı avtomobillə şəhərdaxili çatdırılmaların həyata keçirilməsi;
Kartric, printer, kompüter və digər IT avadanlıqlarının müştərilərə çatdırılması;
Çatdırılacaq məhsulların avtomobildən götürülərək müştəriyə əl ilə təhvil verilməsi;
Məhsulların daşınması və təhvil verilməsi zamanı onların qorunmasının təmin edilməsi;
Təhvil verilən məhsulların və müvafiq sənədlərin düzgün şəkildə müştəriyə çatdırılması;
Avtomobilin texniki vəziyyətinə və təmizliyinə nəzarət edilməsi;
Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət edilməsi.
Tələblər:
B kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücülük sahəsində iş təcrübəsi;
Bakı şəhərini və əsas küçə, prospekt və ünvanları yaxşı tanımaq;
Yol hərəkəti qaydalarını yaxşı bilmək və onlara ciddi riayət etmək;
20–30 kq-a qədər yükü qaldırmaq və daşımaq fiziki imkanına malik olmaq;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Çatdırılmalar zamanı vaxtında və operativ işləmək;
Avtomobilə və daşınan məhsullara diqqətli münasibət göstərmək.
Əlaqə vasitəsi: +994 70 255 15 38
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 24.11.2026
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© Best Tech MMC jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
РЕКЛАМА






