
Bakı21
Tikişçi vəzifəsi üzrə ödənişli (təqaüdlü) təcrübə proqramı
Tikişçi vəzifəsi üzrə ödənişli (təqaüdlü) təcrübə proqramı
Келишим боюнча
Текшерилди2 күн мурун
Сүрөттөмө
Tikiş sahəsində peşəkar fəaliyyətə başlamaq və yeni bacarıqlar qazanmaq istəyən namizədləri komandamıza dəvət edirik!
Namizədlərə dair tələblər:
Tikiş sahəsinə maraq və öyrənmək həvəsi;
Təcrübənin olması vacib deyil;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Təcrübə proqramı çərçivəsində:
Tikiş işinin əsasları sıfırdan öyrədiləcək;
Tikiş avadanlıqları ilə işləmək bacarığı inkişaf etdiriləcək;
Peşəkar mütəxəssislərin rəhbərliyi ilə praktiki biliklər əldə ediləcək;
Təcrübə müddətində ödəniş təmin olunacaq.
Biz nə təklif edirik?
Ödənişli təcrübə proqramı;
Peşəkar inkişaf imkanı;
Öyrədici və dəstəkləyici iş mühiti;
Proqramı uğurla tamamlayan namizədlər üçün daimi iş imkanı.
İş şərtləri:
Təcrübə müddəti 2 ay;
Təcrübə müddətində təqaüdlə təminat
Yaş həddi: 20 yaş və ya üzəri
İş qrafiki: Həftədə 5 gün;
İş saatları: 09:00-18-00;
İş formatı: Tekstil
Ünvan: Bakı şəhəri, Bəşir Bünyatov 4 C
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Tikişçi” qeyd etməklə göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208425/tikisci-vezifesi-uzre-odenisli-teqaudlu-tecrube-proqrami
РЕКЛАМА




