
8
Trade Marketinq üzrə Mütəxəssis

1 000 ₼
Trade Marketinq üzrə Mütəxəssis
ТекшерилдиКечээ
Күнү
Көрүүлөр8
Номери№4359573
Сүрөттөмө
Əsas vəzifə öhdəlikləri:
Trade marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
Satış nöqtələrində brendin görünürlüğünü təmin etmək;
Kampaniyaların, endirimlərin, xüsusi təkliflərin və digər promosyon tədbirlərinin planlaşdırılması və təşkili;
Mağazadaxili reklam materiallarının, stendlərin, vitrinlərin və məhsul təqdimatlarının hazırlanmasına və yerləşdirilməsinə nəzarət;
Məhsulların mağazalarda düzgün yerləşdirilməsinin və vizual təqdimatının təmin edilməsi;
Satış göstəricilərinin təhlili və satışın artırılması üçün təkliflərin hazırlanması;
Rəqib şirkətlərin kampaniyalarının və bazar tendensiyalarının araşdırılması;
Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması;
Marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı işin təşkili;
Satış nöqtələrinə mütəmadi səfərlər edərək məhsul yerləşdirilməsinə və kampaniyaların icrasına nəzarət etmək.
Trade marketinq büdcəsinin planlaşdırılması və xərclərə nəzarət.
Namizədə dair tələblər:
Ali təhsil;
Trade marketinq, marketinq və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi;
Trade marketinq alətləri, satış kanalları və pərakəndə ticarət prinsipləri haqqında biliklər;
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı;
Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Azərbaycan dilini sərbəst bilmək; ingilis və ya rus dili biliyi üstünlükdür;
Ezamiyyətlərə və satış nöqtələrinə səfərlərə hazır olmaq.
Üstünlük hesab olunur:
FMCG sektorunda iş təcrübəsi;
Promosyon kampaniyalarının təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə təcrübə;
Büdcə planlaşdırılması və marketinq göstəriciləri (KPI) ilə işləmək bacarığı.
Əməkhaqqı: 1000-1200 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 10.11.2026
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© Supertoys jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
Окшош жарнактар















