Prayk
Vergi bölmə müdiri — Maliyyə
Келишим боюнча

Vergi bölmə müdiri

ТекшерилдиБүгүн
Категория
Каржы
Күнү
Көрүүлөр
3
Номери
№4955850

Сүрөттөмө

Rahat Supermarketlər şəbəkəsi Vergi bölmə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri Şirkətin vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət etmək; ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin düzgün hesablanmasını təmin etmək; Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək; Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üzrə prosesləri koordinasiya etmək; Vergi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün müvafiq tədbirlər görmək; Satış, qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya, inventarizasiya fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi uçotuna nəzarət etmək; İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin etmək; Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək; Vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqləri təhlil etmək və müvafiq üzləşdirmələri aparmaq; Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək; Vergi proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək; Vergi bölməsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və işlərin keyfiyyətinə nəzarət etmək. Namizədə tələblər Cins: Bəy və xanım namizədlər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Vergi və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Pərakəndə satış sektorunda, xüsusilə çoxsaylı mağazaları olan şəbəkələrdə iş təcrübəsi; Azərbaycan Respublikasının vergi qanunvericiliyini və onun praktiki tətbiqini yüksək səviyyədə bilmək; ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanması, bəyannamələrin hazırlanması və yoxlanılması üzrə praktiki təcrübə; Pərakəndə satış əməliyyatlarının vergi uçotu üzrə bilik və təcrübə; İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-sinin uçotu üzrə biliklər; Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının uçot göstəriciləri ilə üzləşdirilməsi üzrə təcrübə; Kameral və səyyar vergi yoxlamaları, vergi orqanlarının sorğularının cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması üzrə praktiki təcrübə; Vergi risklərinin müəyyənləşdirilməsi və qanunvericilik çərçivəsində vergi planlaşdırılması bacarığı; ERP sistemləri ilə iş təcrübəsi və MS Excel proqramını yüksək səviyyədə bilmək; Komandanı idarəetmə, iş bölgüsünün təşkili və hesabatların vaxtında təqdim edilməsinə nəzarət bacarığı; Analitik düşüncə, detallara diqqət, yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək bacarığı. Əlavə üstünlüklər Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA və ya vergi sahəsi üzrə müvafiq sertifikatların olması; İri vergiödəyiciləri və ya bir neçə hüquqi şəxsdən ibarət şirkətlər qrupu ilə iş təcrübəsi; Vergi proseslərinin avtomatlaşdırılması və daxili nəzarət prosedurlarının qurulması təcrübəsi. İş şərtləri İş yeri: Rahat Supermarketlər şəbəkəsi İş qrafiki: 5 günlük iş həftəsi Əmək haqqı: Namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Vergi bölmə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 21.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/rahat-supermarketler-sebekesi-vergi-bolme-mudiri-154413
РЕКЛАМА