Vəzifə öhdəlikləri
Filialın gündəlik inzibati fəaliyyətinin təşkilində iştirak etmək;
Filiala daxil olan müştəriləri qarşılamaq və yönləndirmək;
Müştərilərin müraciətlərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək;
Müştərilərə məhsul, xidmət və filialın iş prinsipləri barədə ilkin məlumat vermək;
Telefon zənglərini qəbul etmək və müvafiq şəxslərə yönləndirmək;
Filial üzrə sənədləşmə və gündəlik inzibati işləri həyata keçirmək;
İşçilərin davamiyyətinə və iş intizamına nəzarətdə iştirak etmək;
Filialda səliqə və daxili qaydalara riayət olunmasına nəzarət etmək;
Məhsul və satış sahəsinin ümumi görünüşünün şirkət standartlarına uyğunluğunu izləmək;
Filialın ehtiyacları ilə bağlı rəhbərliyə məlumat vermək;
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Müştəri məmnuniyyətinin təmin olunmasına və şirkətin xidmət standartlarının qorunmasına dəstək olmaq.
Namizədə tələblər
Ali təhsil;
Administrator və ya müştəri xidməti sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Müştəriyönümlü və nəzakətli davranış;
Təşkilatçılıq və operativlik;
Məsuliyyətli, intizamlı və operativ qərar qəbul etmək bacarığı;
Azərbaycan dilində səlis danışıq;
Rus dili və ingilis dilini yaxşı səviyyədə bilmək;
MS Office proqramlarında işləmək bacarığı;
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Peşəkar komanda
İnkişaf və karyera imkanları
Elektronika sahəsində peşəkar inkişaf imkanı
İş yeri: ByTelecom MMC
İş rejimi: 6 günlük iş qrafiki
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Mövzu hisssəsində “Administrator” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/by-telecom-administrator-151165