
Aparıcı mühasib
Aparıcı mühasib
1 000 ₼
Проверено5 дн. назад
Дата
Номер№2927989
Описание
Namizədə tələblər:
Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
Müəssisənin mühasibat uçotunu müstəqil şəkildə tam aparmaq bacarığı;
ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər zəruri vergi və statistik hesabatların hazırlanması, yoxlanılması və müvafiq dövlət portalları vasitəsilə müstəqil şəkildə təqdim edilməsi;
E-taxes.gov.az və digər aidiyyəti elektron dövlət portallarından sərbəst istifadə etmək bacarığı;
Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə yaxşı praktiki biliklər;
1C 8.2 proqramında sərbəst işləmək bacarığı;
Bank əməliyyatlarının uçotu və bank hesabları üzrə əməliyyatların aparılması;
Debitor və kreditor borclarının uçotu və hesablaşmaların aparılması;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və digər əməkhaqqı hesablamaları üzrə praktiki biliklər;
E-qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Vergi, DSMF və digər dövlət orqanları ilə bağlı hesabatların və elektron müraciətlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi;
Sənədləşdirmə və işgüzar yazışma bacarığı;
Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, müraciət və sorğularını səbirli şəkildə dinləmək, düzgün yönləndirmək və yaranan məsələlərin həllində operativ dəstək göstərmək bacarığı;
Komandada işləmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətlərin gündəlik mühasibat uçotunun tam və düzgün aparılması;
Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçota alınması;
İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə işlənilməsi;
E-qaimə-fakturaların, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər mühasibat sənədlərinin hazırlanması və göndərilməsi;
Əməkhaqqı və digər ödənişlərin hesablanması;
ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər müvafiq hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müstəqil şəkildə təqdim edilməsi;
Vergi, DSMF və digər dövlət orqanlarından daxil olan məktub və bildirişlərin izlənilməsi, cavablandırılması və zəruri tədbirlərin görülməsi;
Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
Mühasibat uçotu üzrə məlumat bazalarının formalaşdırılması, aparılması və məlumatların düzgün şəkildə saxlanılmasının təmin edilməsi;
Müştərilərlə gündəlik iş üzrə peşəkar ünsiyyətin qurulması, onların mühasibatlıq və vergi məsələləri ilə bağlı sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi;
Rəhbərliyə tələb olunan maliyyə və mühasibat hesabatlarının hazırlanaraq təqdim edilməsi;
Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icrası.
Üstünlük veriləcəkdir:
Konsaltinq sahəsində iş təcrübəsi olan namizədlərə;
Bir neçə şirkətin mühasibatlığını paralel şəkildə aparmış namizədlərə;
Vergi yoxlamaları, kameral məktublar və digər vergi orqanları ilə yazışmalar üzrə praktiki təcrübəsi olan namizədlərə.
Xarici dil biliyi olan namizədlərə.
İş şəraiti:
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
İş rejimi: 5 günlük iş həftəsi; iş saatları 09:00–18:00 və ya 08:00–17:00 (razılaşma əsasında);
İş yeri: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza.
Əmək haqqı (net): 1000–1300 AZN
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (Subject) hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 23.10.2026
Источник объявления
Открыть оригинал объявления© Samadov Law & Audit jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
Похожие объявления














