Potensial B2B partnyorların (avtosalonlar, məişət texnikası, mebel mağazaları və s.) axtarışı və mütəmadi sahə (field) ziyarətlərinin həyata keçirilməsi;Biznes sahibləri və qərarverici şəxslərlə birbaşa görüşlərin təşkili, partnyorluq krediti və avtolizinq məhsullarının təqdimatının aparılması;Yeni korporativ müştərilərin (mağazaların) şəbəkəyə cəlb edilməsi və onbordinq (müqavilələrin rəsmiləşdirilməsi) prosesinin izlənməsi;Gündəlik görüşlər, hədəf kütlədən gələn rəylər və satış qıfı barədə CRM/hesabat cədvəllərinin doldurulması.
Tələblər:
B2B satış, korporativ satış və ya müştəri cəlbi sahəsində mütləq iş təcrübəsi;Hazır müştəri bazasına (mağazalar, riteyl şəbəkələri, avtosalonlar, sahibkarlarla əlaqələrə) sahib olmaq namizəd üçün çox böyük üstünlük hesab olunacaq;Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili biliyi (arzuolunandır və seçim zamanı əlavə üstünlük qazandıracaq);Yüksək kommunikasiya, təqdimat və inandırma bacarıqları (biznes sahibləri ilə onların dilində danışma bacarığı);Aktiv, dinamik iş rejimində işləmək həvəsi və nəticəyə (KPI) yönümlülük.
Vakansiya növü: Tam ştat
Şirkət: BOKT "İDEAL KREDİT" MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idealkredit/idealkredit-b2b-satis-temsilcisi-38586301/apply