Prayk

Baş mühasib

По договорённости
ПровереноСегодня
Категория
Финансы
Дата
Номер
№3513453

Описание

Vəzifə öhdəlikləri Müəssisədə mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun təşkil edilməsi; Maliyyə və vergi hesabatlarının hazırlanmasına və təqdim edilməsinə nəzarət; Kassa və bank əməliyyatlarına nəzarət; Debitor və kreditor borclarının uçotunun aparılması; Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət; Anbar və istehsalat üzrə mühasibat uçotunun aparılmasına nəzarət; Aylıq və illik maliyyə hesabatlarının hazırlanması; Mühasibatlıq şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması; Rəhbərliyə maliyyə hesabatlarının və müvafiq məlumatların təqdim edilməsi. Namizədə tələblər Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Baş mühasib vəzifəsində iş təcrübəsi; Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə bilik; 1C proqramı üzrə işləmə bacarığı; MS Office, xüsusilə Excel proqramında yaxşı istifadə bacarığı; Vergi və digər məcburi hesabatların hazırlanması üzrə təcrübə; Analitik düşüncə və məsuliyyətlilik; Komanda idarəetmə bacarığı; İstehsalat müəssisəsində iş təcrübəsi mütləqdir, kəsim sahəsində isə arzuolunandır. İş şəraiti İş rejimi: 6 günlük iş həftəsi; İş yeri: Abşeron rayonu, Digah kəndi; Əmək haqqı: Müsahibə zamanı; CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Baş mühasib” qeyd olunması xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/195751/bas-muhasib

Похожие объявления

Mühasib — Bakı
По договорённости

Mühasib


BakıСегодня 12:34
Mühasib — Bakı
По договорённости

Mühasib


BakıВчера 11:24