
Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)

По договорённости
Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)
ПровереноСегодня
Описание
İş haqqında məlumat:
Vəzifə öhdəlikləri:Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək;Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;Məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər vermək;Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;Büdcə, proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;Qiymət dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək;Kommersiya göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək;Rəhbərlik tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli;Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial Finance, Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə üstünlük verilir);Yaxşı səviyyədə MS Excel biliyi olmalıAnalitik düşüncə, Komandada işləmək bacarığı.Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.Digər məlumatlar:Nahar və servis ilə təmin edilməƏmək bazarına uyğun rəqabətli əmək haqqı5 günlük tam iş qrafikiKorporativ mobil nömrə
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 14/10/2026
Похожие объявления







По договорённости
Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis
BakıСегодня 13:35








