
Biznesin inkişafı üzrə menecer (B2B satış)

По договорённости
Biznesin inkişafı üzrə menecer (B2B satış)
ПровереноСегодня
Дата
Номер№3439172
Описание
İş yeri: Bakı, Ağ şəhər
Omnivision MMC videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində yeni müştərilər tapacaq, satış imkanlarını sıfırdan yaradacaq aktiv və nəticəyönümlü əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Korporativ müştəriləri, təhlükəsizlik sistemləri üzrə inteqratorları və quraşdırıcı tərəfdaşları müstəqil şəkildə tapmaq;
Yeni müştərilərlə ilkin əlaqə qurmaq, görüşlər təşkil etmək və məhsulları təqdim etmək;
Müştərinin ehtiyacına uyğun həll və kommersiya təklifi hazırlayaraq danışıqları satışa qədər aparmaq;
Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni satış kanalları və layihə imkanları yaratmaq;
Müştərilərlə aparılan işin bütün mərhələlərini qeyd etmək;
Yeni əlaqələr, görüşlər, təkliflər və satış nəticələri barədə həftəlik hesabat təqdim etmək.
Namizəddən tələblər:
CCTV, videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində B2B satış təcrübəsi;
Bu sahədə məhsulları və müştəri ehtiyaclarını anlamaq, həlləri təqdim etmək bacarığı;
Yeni müştəriləri müstəqil axtarıb tapmaq və danışıqları satışla nəticələndirmək təcrübəsi;
Təşəbbüskarlıq, dinamika, güclü ünsiyyət və təqdimat bacarığı;
İşini planlı aparmaq və nəticələrini rəqəmlərlə təqdim etmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: təcrübəyə uyğun
Satış nəticələrinə əsaslanan bonus sistemi;
Rəsmi əmək müqaviləsi;
5 günlük iş həftəsi, 09:00–18:00;
Güclü nəticə göstərən əməkdaş üçün gələcəkdə satış komandasına rəhbərlik istiqamətində inkişaf imkanı.
Müraciət üçün CV-nizi mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz
Son müraciət tarixi: 29.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/omnivision-mmc-biznesin-inkisafi-uzre-menecer-b2b-satis-152492
Похожие объявления




Satıram











