“Güvənli” MMC Nəsimi filialı üzrə Əməliyyatçı-Xəzinədar vakansiyasını açıq elan edir!
Vəzifə öhdəlikləri:
Lombard daxili normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Komputerdə Word, Excel, Outlook, İnternet Explorer proqramları ilə işləməyi bacarmalıdır
Kreditin sistemə işlənməsi, ödənişlərin vurulması;
Kredit sənədlərinin düzgünlüyünə nəzarət;
Müştərilərə hesablaşma-kassa xidməti göstərmək;
Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq;
Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
Tələblər:
Təhsil: Ali (Maliyyə və iqtisadiyyat istiqamətli)
İş təcrübəsi: 1 ildən başlayaraq
Yaş: 22 – 35
Cins: Qadın
Analitik zəka, müştərilərlə işləmək bacarığı;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Komanda ilə işləmək bacarığı;
Microsoft Office proqramları ilə işləmək bacarığı.
İş şəraiti
6 günlük iş qrafiki;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CVlərini “Əməliyyatçı-Xəzinədar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.
Son müraciət tarixi: 05.10.2026