Peşə və funksional öhdəliklər:
Cəmiyyətdə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək;
İşə başlamazdan əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını yoxlamaq;
Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros, kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini yoxlamaq;
Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək;
Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini hazırlamaq;
Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və təhlükəsiz şəkildə açılmasını təmin etmək;
Daşınma zamanı yük hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq;
Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar qoymaq;
Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək;
Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və dəqiq göstərişlər vermək;
Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək;
Namizədə dair tələblər:
Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
İlməkçi işləmək üçün sertifkatın olması zəruridir
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq
Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nizami r.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1100 manat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə-ilməkçi (riger)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 077 499 11 12 bilərlər.
Maaş: 1100 AZN
Son müraciət tarixi: 15.10.2026