
Help Desk mütəxəssisi
Help Desk mütəxəssisi
1 500 ₼
Проверено3 нед. назад
ГородBakı
Дата
Номер№1766399
Описание
Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarına texniki dəstək;
İstifadəçi hesablarının yaradılması və giriş hüquqlarının idarə olunması;
Windows, şəbəkə və proqram problemlərinin ilkin diaqnostikası;
IP kamera, DVR/NVR/MDVR və video sistemlərinin sazlanması və texniki dəstəyi;
Yeni proqram və platformaların öyrənilməsi və administrasiyası;
Texniki problemlərin qeydiyyatı və zəruri hallarda eskalasiyası.
İş yeri: Bakı şəhəri
Təminatlar:
Rəsmi işə qəbul;
Korporativ mühit;
Stabil əmək haqqı;
Peşəkar və praktiki təlim, kənar təlimlərdə iştirk;
Sistem administrasiyası, GPS/IoT, server və video sistemləri üzrə inkişaf imkanı;
Real layihələr üzərində praktiki təcrübə;
Performansa uyğun əmək haqqı və karyera artımı.
Korporativ mobil rabitə
Tələblər:
IT Help Desk, Technical Support və ya Junior System Administrator üzrə baza bilikləri;
Windows əməliyyat sistemi üzrə yaxşı bilik;
TCP/IP, IP, DNS, DHCP, port, LAN/WAN üzrə baza bilikləri;
IP kamera, DVR/NVR/MDVR və video müşahidə sistemləri haqqında ümumi anlayış;
Kamera IP, port, stream, codec, bitrate və şəbəkə parametrləri barədə baza bilikləri;
Router, modem, SIM kart və 4G/LTE bağlantılarının ilkin sazlanmasını bacarmaq;
AnyDesk, TeamViewer, Remote Desktop kimi uzaqdan dəstək vasitələri ilə işləmək;
Linux, SSH, server, API və log anlayışları üstünlükdür;
Rus dili – mütləq;
İngilis dili – orta səviyyə;
Yeni sistemləri sürətli öyrənmək, analitik düşünmək və problemi mərhələli araşdırmaq bacarığı;
Məsuliyyətli, diqqətli və sistemli işləmək.
Vəzifə öhdəlikləri:
Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarının gündəlik administrasiyası və texniki dəstəyi;
İstifadəçi hesablarının yaradılması, sazlanması və giriş hüquqlarının idarə olunması;
Windows, şəbəkə və proqram təminatı ilə bağlı problemlərin ilkin diaqnostikası və aradan qaldırılması;
GPS/IoT, video monitorinq və digər texniki platformaların öyrənilməsi və idarə olunması;
IP kamera, DVR/NVR/MDVR və əlaqəli avadanlıqların sazlanması və işləkliyinin yoxlanılması;
Router, modem, SIM/4G bağlantıları və şəbəkə parametrlərinin ilkin sazlanması;
Cihazların server və platformalara qoşulması ilə bağlı problemlərin araşdırılması;
Sistem loglarının və texniki məlumatların yoxlanılması;
Uzaqdan qoşulma vasitələri ilə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
Görülmüş işlərin, sazlamaların və texniki problemlərin qeydiyyatı və sənədləşdirilməsi;
Həll olunmayan texniki məsələlərin düzgün şəkildə aidiyyəti üzrə eskalasiyası.
Maaş: 1500-2000 AZN
Yaş: 22-28
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Похожие объявления














