Prayk

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

По договорённости
Проверено1 нед. назад
Дата
Номер
№2512097

Описание

BOKT “Caspian İnvest” MMC “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri: Şirkətdə informasiya təhlükəsizliyi proseslərinin qurulmasında və inkişaf etdirilməsində iştirak etmək; İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının hazırlanmasına və yenilənməsinə dəstək olmaq; İT sistemləri və informasiya aktivləri üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsində iştirak etmək; Sistem və istifadəçi girişlərinə nəzarət prosesində iştirak etmək; İnformasiya təhlükəsizliyi risklərinin və potensial zəifliklərin müəyyən edilməsinə dəstək olmaq; Aşkar edilmiş təhlükəsizlik problemlərinin izlənilməsi və aradan qaldırılması prosesində iştirak etmək; İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılmasına və sənədləşdirilməsinə dəstək olmaq; İT sistemlərində təhlükəsizlik konfiqurasiyalarının yoxlanılmasında iştirak etmək; İnformasiya təhlükəsizliyi üzrə daxili yoxlamalar və auditlər üçün məlumatların hazırlanmasına dəstək olmaq; Əməkdaşların informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək; İnformasiya təhlükəsizliyi üzrə standart və tələblərin (ISO 27001 və s.) tətbiqinə dəstək olmaq. İş şərtlərimiz: Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. İş vaxtı: 9.00 – 18.00 İstirahət günləri: Şənbə və Bazar günü. Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15 Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Tələblər: İnformasiya təhlükəsizliyi, İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil; İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında bilik; Şəbəkə və əməliyyat sistemləri üzrə baza bilikləri; Windows və Linux sistemləri haqqında ümumi anlayış; İnformasiya təhlükəsizliyi riskləri və zəifliklər haqqında əsas anlayış; İnformasiya təhlükəsizliyi siyasət və prosedurları ilə işləməyə maraq; Analitik düşüncə və problem həll etmə bacarığı; Sənədləşdirmə və hesabat hazırlama bacarığı; Azərbaycan dili yaxşı, İngilis dili texniki sənədləri oxuya biləcək səviyyədə.. Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Son müraciət tarixi: 18.10.2026

Источник объявления

Открыть оригинал объявления

© Caspian Invest BOKT jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

Похожие объявления