
İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)

По договорённости
İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)
Проверено2 дн. назад
Описание
İş haqqında məlumat:
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Əsas vəzifə öhdəlikləri:Şirkətə yeni işə qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında sistemə daxil edilməsi;Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID sistemi və DSS proqramından çıxarılması, məlumatların arxivləşdirilməsi və tarixçəsinin qorunması;İşə qəbul, işdən çıxma, vəzifə və filial dəyişiklikləri ilə bağlı Face ID sistemində müvafiq dəyişikliklərin vaxtında icra edilməsi;Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlil edilməsi, məsafədən dəstəyin göstərilməsi və zərurət yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə həll edilməsi;Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı cədvəlləri ilə müqayisə edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;Filiallar tərəfindən təqdim olunan həftəlik hesabatların yoxlanılması, məlumatların düzgünlüyünə nəzarət edilməsi və aşkar edilmiş uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması;Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, statistik məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti İT və proqram təminatı komandası ilə koordinasiyalı işin aparılması;Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik; Face ID sistemində istifadəçi hesablarının, giriş hüquqlarının və məlumat təhlükəsizliyinin daxili prosedurlara uyğun idarə edilməsi.
Tələblər:
Ali təhsilli olması;Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;Səlis Azərbaycan dili biliyi,ingili dili-arzuolunandır;Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;İşgüzar nitq və yazışma qabiliyyəti;Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik;Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik;1 C 8.3 proqramında işləmə bacarığı;Xasiyyətnamə tələb olunur.
İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;5 günlük iş rejimi;Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 13/10/2026
Похожие объявления









По договорённости
Strategiya və Biznesin İnkişaf İdarəsi/Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis
25.09.2026






