
iOS Developer (Middle/Senior)
iOS Developer (Middle/Senior)
По договорённости
Оригинал2 нед. назад
Дата
Номер№1978612
Описание
Vəzifə öhdəlikləri:
iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
Daxili və xarici istifadə üçün iOS SDK və framework-lərinin hazırlanması;
SDK-lar üçün sadə, stabil, istifadəsi rahat və yaxşı sənədləşdirilmiş public API-lərin dizayn edilməsi;
Tətbiqlərdə və SDK-larda məlumat təhlükəsizliyinin və şifrələmənin təmin edilməsi;
Biznes analitika (BA), dizayn, backend, DevOps, informasiya təhlükəsizliyi (InfoSec) və QA komandaları ilə əməkdaşlıq edərək yeni funksionallıqların hazırlanması;
Mövcud kodun keyfiyyətinin, performansının və stabilliyinin artırılması;
Code Review proseslərində və texniki qərarların qəbulunda iştirak.
Tələb olunan bilik və bacarıqlar:
iOS development sahəsində 1–4 il kommersiya təcrübəsi;
Swift proqramlaşdırma dilini yaxşı bilmək;
Həm UIKit, həm də SwiftUI ilə praktiki işləmə təcrübəsi;
Müasir concurrency yanaşmaları üzrə bilik: async/await, Task, Actor, Structured Concurrency;
Klassik multithreading yanaşmaları üzrə bilik: GCD, OperationQueue, Thread və lock mexanizmləri;
Race condition və deadlock kimi çoxaxınlı proqramlaşdırma problemlərini anlamaq və həll edə bilmək;
SDK və ya təkrar istifadə olunan (reusable) framework-lərin hazırlanması üzrə təcrübə;
Mobil tətbiq təhlükəsizliyinin əsaslarını bilmək, o cümlədən Keychain, həssas məlumatların təhlükəsiz saxlanılması və SSL Pinning;
Şifrələmə və hash alqoritmləri üzrə biliklər: AES, RSA, SHA və CryptoKit və ya CommonCrypto ilə işləmə təcrübəsi;
MVVM, Clean Architecture kimi arxitektura yanaşmaları üzrə bilik;
RESTful API və JSON ilə işləmə bacarığı;
Yaddaşın idarə olunması (ARC, retain cycle) prinsiplərini anlamaq;
Unit testlərin yazılması üzrə təcrübə (XCTest və ya Swift Testing);
Git ilə işləmə bacarığı;
SOLID prinsiplərini bilmək və oxunaqlı, təmiz kod yazmaq bacarığı.
Üstünlük hesab olunur
XCFramework hazırlanması və SDK-ların Swift Package Manager vasitəsilə yayımlanması üzrə təcrübə;
SDK-larda versiyalama və geriyə uyğunluğun (backward compatibility) təmin edilməsi üzrə təcrübə;
OWASP Mobile Top 10 və tətbiqlərin reverse engineering-dən qorunması üsulları üzrə bilik;
Jailbreak aşkarlanması və kod obfuskasiyası ilə iş təcrübəsi;
Combine ilə işləmə təcrübəsi;
UI testlərin yazılması (XCUITest) üzrə təcrübə;
CI/CD alətləri (Fastlane, GitHub Actions və s.) ilə iş təcrübəsi;
Instruments vasitəsilə performans analizinin aparılması üzrə təcrübə;
Texniki sənədləri oxumaq üçün ingilis dili biliyi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 30.09.2026
Источник объявления
Открыть оригинал объявления© AzInTelecom jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
Похожие объявления














