İş haqqında məlumat:
Concept Consulting and Management MMC komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar inkişaf etmək istəyən Maliyyə/Mühasibatlıq üzrə Təcrübəçi axtarırıq.
Əsas vəzifələr:Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatların icrasında dəstək göstərmək;İlkin maliyyə və mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;Gəlir və xərclərlə bağlı məlumatların toplanması və işlənilməsinə dəstək olmaq;Maliyyə məlumatlarının Excel üzərindən işlənməsi və cədvəllərin hazırlanmasında iştirak etmək;Debitor və kreditor məlumatlarının yoxlanılması və sistemləşdirilməsinə dəstək olmaq;Bank əməliyyatları və ödəniş sənədlərinin yoxlanılmasında iştirak etmək;Hesabatların hazırlanması üçün zəruri məlumatların toplanmasına dəstək olmaq;Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsində iştirak etmək;Maliyyə və mühasibatlıq şöbəsinin digər gündəlik işlərinin icrasında iştirak etmək.
Tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;Yeni məzun və ya magistr tələbəsi olmaq;Maliyyə və mühasibatlıq sahəsinə maraq;MS Excel proqramında işləmə bacarığı;Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;Komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?Maliyyə və mühasibatlıq üzrə real iş təcrübəsi qazanmaq;Peşəkar mütəxəssislərlə işləyərək praktiki biliklər əldə etmək;Restoran və catering sektorunda maliyyə proseslərini yaxından öyrənmək;Peşəkar inkişaf və karyera imkanları;Uğurlu nəticə göstərən namizəd üçün şirkət daxilində iş imkanı.İş şəraitiİş yeri: Xətai rayonu, 8 Noyabr pr. 23.İş qrafiki: 09:00-18:00Təcrübə müddəti: 2 ay
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 05/10/2026