
Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)

По договорённости
Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)
ПровереноВчера
Дата
Номер№3542857
Описание
Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Gəncə-Qazax, Mingəçevir) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır.
Vəzifə öhdəlikləri:
Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi;
Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;
Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində effektiv təqib tədbirlərinin həyata keçirilməsi;
Borcalanlarla aparılmış görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil edilməsi;
Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi;
Regionlar üzrə borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi;
Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların hazırlanması və göndərilməsi;
BOKT-nin daxili təlimat, qayda, prosedur və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra edilməsi.
Tələblər:
İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
Regionlar üzrə aktiv hərəkət və ezamiyyət xarakterli iş rejiminə uyğunluq;
1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə davamlılıq;
Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Rus dili biliyi üstünlükdür;
İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
Əmək haqqı: 800 Azn NETT+Bonus ( ƏH ilə bonus birlikdə minimum1600 AZN)
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
İş formatı: Ofis və regionlar üzrə səyyar fəaliyyət
Komfortlu iş şəraiti;
Müasir idarəetmə sistemi;
Peşəkar və mehriban komanda.
İnkişaf və karyera imkanları.
CV-lərinizi “Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Başlıqda regiounun adını da qeyd etməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Son müraciət tarixi: 01.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/kollekta-mmc-problemli-kreditler-sobesinin-unvanda-teqib-uzre-mutexessisi-regionlar-uzre-152685
Похожие объявления




По договорённости
Sədərək filialı - Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis
BakıВчера 18:40







Hr




