Prayk

Satıcı

По договорённости
ПровереноВчера
Город
Bakı
Категория
Продажи
Дата
Номер
№3304763

Описание

Vəzifə öhdəlikləri Müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların suallarını cavablandırmaq və məhsul seçimi zamanı dəstək olmaq; Məhsulların satış zalında düzgün, səliqəli və müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini, rəflərin daim dolu və satışa hazır vəziyyətdə saxlanılmasını təmin etmək; Məhsulların FIFO və FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə, son istifadə tarixlərinə və keyfiyyətinə nəzarət etmək; Məhsulların qiymət etiketlərinin düzgünlüyünü və mövcudluğunu yoxlamaq, qiymət, kampaniya və endirim məlumatlarını vaxtında yeniləmək; Məhsul ehtiyatlarına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda sifarişlərin icrasında iştirak etmək; Anbardan məhsulların satış zalına vaxtında çıxarılmasını və məhsulların satışa yararlı vəziyyətdə saxlanılmasını təmin etmək; Məhsulların zədələnməsi, xarab olması, keyfiyyət problemi və digər uyğunsuzluqları aşkar etdikdə vaxtında rəhbərliyə məlumat vermək; Kampaniya və endirim məhsullarının müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini təmin etmək; Kassa aparatı, POS-terminal və digər ödəniş cihazlarından düzgün istifadə etməklə kassa əməliyyatlarını dəqiq həyata keçirmək; Satış zamanı məhsulun adı, qiyməti, çəkisi/miqdarı və yekun məbləğinin düzgünlüyünü yoxlamaq, nağd və nağdsız ödənişləri qəbul etmək, qəbzi təqdim etmək və hesab qalığını qaytarmaq; Kassa üzrə pul vəsaitlərinin müəyyən edilmiş qaydalara uyğun qəbulunu, sayılmasını və təhvil-təslimini həyata keçirmək, uyğunsuzluqlar barədə məsul şəxsə məlumat vermək; Yaş məhdudiyyəti olan məhsulların satışında müştərinin yaşını yoxlamaq və qanunvericiliyin tələblərinə riayət etmək; Açıla bilən qutularda olan məhsulların müəyyən edilmiş qaydalara uyğun yoxlanılmasını təmin etmək; Satış zalının, rəflərin, kassa zonasının və digər iş sahələrinin təmiz, səliqəli və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək; İş qrafikinə, iş formasına, şəxsi gigiyena, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, SƏTƏM, SOP, AQTA və şirkətin daxili prosedurlarına riayət etmək; Müştəri təklif və şikayətlərini qəbul etmək, mümkün olduqda həll etmək və zəruri hallarda rəhbərliyə yönləndirmək; Mağazanın satış və xidmət standartlarına riayət etmək və satış prosesinin effektiv həyata keçirilməsinə dəstək olmaq; Tələblər Təhsil: Orta, peşə təhsili və ya ali İş təcrübəsi: Vacib deyil Cins: Bəy və Xanım namizədlər Kollektivlə işləmək bacarığı Tələbələrin müraciət etməsi mümkündür İş şəraiti İş qrafiki: 6 günlük iş həftəsi İş vaxtı: 3 növbəli İş yeri: Rahat Supermarketlər şəbəkəsi Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə nömrəsi: Zəng və WhatsApp: 055 333 66 03 WhatsApp: 055 909 23 99 E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/190377/satici

Похожие объявления