Hövsan qəsəbəsinin “Prokurorluq bağları” adlanan prestijli ərazisində tam xüsusi mülkiyyətimdə olan 6 sot (ölçüləri 30x20 m.) torpaq sahəmi satıram. Torpaq sahəsi “Antalya” adlanan restoran istiqamətində, çox əlverişli yerdə (əsas avtomobil yoluna və dənizə 150-200 m. məsafədə) yerləşir. Hüquqi sənədləri tam qaydasındadır (çıxarış və texniki pasport var), yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi olmaqla, fərdi yaşayış evinin tikintisi üçün çox perspektivlidir. Ətrafında villalar və fərdi yaşayış evləri vardır. Hər tərəfi 2 metrdən çox hündürlükdə daş hasara alınmışdır. İçərsində istifadəyə yararlı 4 ədəd beton plitələr vardır. İşıq, qaz, telefon, kabel televiziyası və internet xətləri hasarın yanından keçir. Maraqlanan şəxslər torpağın yerləşmə yerinə gedib baxa bilərlər (Yerləşmə yerini qeyd etmişəm).
© Fərid · bina.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.