
Senior AI Engineer
Senior AI Engineer
По договорённости
Проверено2 нед. назад
Дата
Номер№1937170
Описание
Təsvir
AI həlləri üzrə referans arxitekturaların hazırlanması və işlək prototip səviyyəsində tətbiqi;
Model və həll keyfiyyətinin qiymətləndirilməsi üzrə metodikanın qurulması (dataset hazırlığı, evaluation, nəticələrin ölçülməsi);
Təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki əsaslılığının yoxlanılması və alternativ yanaşmaların əsaslandırılması;
AI həllərinin mövcud sistem landşaftına və vahid arxitektura prinsiplərinə uyğunluğunun təmin edilməsi;
AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından AI həllərinin təhlili;
AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza tələblərinin hazırlanması;
Texniki komandalara AI həllərinin seçimi və tətbiqi üzrə praktik dəstəyin göstərilməsi;
AI sahəsində araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.
Tələblər
Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
AI/ML sistemləri üzrə minimum 6 il iş təcrübəsi, o cümlədən ən azı 2 il real istifadəyə verilmiş həllər üzərində;
Python və müasir AI/ML stack-i ilə praktik iş təcrübəsi: inference serving, model adaptasiyası, RAG pipeline-ları, vektor axtarışı;
Machine Learning, Generative AI, NLP və LLM yanaşmaları üzrə dərin bilik;
Modelin qiymətləndirilməsi üzrə təcrübə: dataset hazırlığı, evaluation metrikaları, keyfiyyət reqressiyasının izlənməsi;
Məlumatların hazırlanması və keyfiyyətinin idarə olunması üzrə biliklər;
Docker və Kubernetes üzərində real iş təcrübəsi;
AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə təcrübə;
Öz infrastrukturu üzərində, hazır bulud API-lərindən asılı olmadan həll qurmaq təcrübəsi;
AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
Mürəkkəb texniki həllərin biznes və qeyri-texniki auditoriyaya izah edilməsi bacarığı;
Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
Distributed inference, hesablama resurslarının optimallaşdırılması və ya data platformaları üzrə təcrübə üstünlükdür;
Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 10.10.2026
Источник объявления
Открыть оригинал объявления© İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
Похожие объявления














