Prayk

Sistem İnteqrasiyası Mühəndisi (Mid-level)

По договорённости
ПровереноСегодня
Дата
Номер
№3510996

Описание

Vəzifə və öhdəliklər Windows Server və Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası, yenilənməsi və gündəlik idarə olunmasını həyata keçirmək; Active Directory, DNS, DHCP, Group Policy və digər əsas infrastruktur servislərini konfiqurasiya etmək, idarə etmək və dayanıqlı işini təmin etmək; VMware vSphere/ESXi, vCenter, Hyper-V və digər virtualizasiya platformalarında virtual maşınların yaradılması, konfiqurasiyası, resursların idarə olunması və texniki problemlərin aradan qaldırılmasını həyata keçirmək; Fiziki və virtual serverlərin, sistem xidmətlərinin və infrastruktur komponentlərinin monitorinqini aparmaq, performans və əlçatanlıq problemlərini analiz etmək; Sistemlərdə yaranan insidentləri müstəqil şəkildə araşdırmaq, root cause təhlili aparmaq və uyğun həll yollarını tətbiq etmək; Server, storage, SAN, backup və virtualizasiya sistemlərinin inteqrasiyası və texniki idarə olunması üzrə işləri həyata keçirmək; Yeni sistem və xidmətlərin mövcud İT infrastrukturuna inteqrasiyasını planlamaq və icra etmək; Backup və restore proseslərinin düzgün işləməsinə nəzarət etmək, bərpa testlərini həyata keçirmək və nasazlıqların aradan qaldırılmasını təmin etmək; TCP/IP, DNS, VLAN, routing və digər əsas şəbəkə prinsiplərindən istifadə etməklə server və xidmətlərin bağlantı problemlərini analiz etmək; Sistem resurslarının, logların, xidmətlərin və performans göstəricilərinin monitorinqini və ilkin analitik qiymətləndirilməsini aparmaq; Mövcud infrastrukturun inventarlaşdırılması, texniki sənədləşmənin və sistem konfiqurasiyalarının aktual saxlanılmasını təmin etmək; İnfrastruktur dəyişikliklərini planlamaq, change proseslərində iştirak etmək və həyata keçirilən dəyişiklikləri sənədləşdirmək; Şəbəkə, informasiya təhlükəsizliyi, tətbiq və digər texniki komandalarla koordinasiyalı şəkildə işləmək; Sistem inteqrasiyası, miqrasiya, modernizasiya, yenilənmə və yeni infrastruktur layihələrinin texniki icrasında iştirak etmək; Kiçik həcmli texniki işləri və tapşırıqları müstəqil şəkildə planlamaq və icra etmək; İT təhlükəsizliyi üzrə daxili qayda, standart və prosedurlara riayət etmək. Tələblər Təhsil: İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil. Təcrübə: Sistem inzibatçılığı, sistem mühəndisliyi və ya sistem inteqrasiyası sahəsində ən azı 2–3 il praktiki iş təcrübəsi. Texniki bacarıqlar: Windows Server mühitlərinin quraşdırılması, konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə; Active Directory, DNS, DHCP və Group Policy xidmətlərinin idarə olunması və troubleshooting bacarığı; VMware vSphere/ESXi, vCenter və ya Hyper-V platformalarında praktiki iş təcrübəsi; TCP/IP, IP ünvanlama, subnetting, VLAN, routing, DNS və əsas şəbəkə protokolları üzrə yaxşı bilik; Server, storage, SAN və backup infrastrukturu üzrə praktiki anlayış; Backup, restore və disaster recovery prinsipləri üzrə bilik və praktiki təcrübə; Windows və Linux sistemlərində troubleshooting bacarığı; Sistem loglarının və monitorinq məlumatlarının təhlili bacarığı; İnfrastruktur insidentlərinin araşdırılması və root cause analysis yanaşması üzrə təcrübə; Texniki sənədlərin, prosedurların, change qeydlərinin və konfiqurasiya sənədlərinin hazırlanması bacarığı; Üstünlük sayılır VMware vSphere, vCenter, HA, DRS və digər virtualizasiya komponentləri üzrə praktiki təcrübə; Veeam Backup & Replication və ya digər backup həlləri ilə praktiki iş təcrübəsi; HPE, Dell, Lenovo və ya digər istehsalçıların server və storage sistemləri ilə iş təcrübəsi; SAN, FC, iSCSI və storage təqdimatı üzrə baza və ya praktiki biliklər; Linux serverlərin quraşdırılması və idarə olunması üzrə praktiki təcrübə; PowerShell, Bash və ya digər skript dilləri ilə avtomatlaşdırma təcrübəsi; Zabbix, Grafana, Graylog və ya digər monitorinq və log idarəetmə sistemləri ilə iş təcrübəsi; Microsoft, VMware, Red Hat və ya digər müvafiq İT sertifikatlarının olması; Sistem miqrasiyası, virtualizasiya, data center və ya infrastruktur modernizasiya layihələrində iştirak etmiş olmaq; Ticketing və change management prosesləri ilə iş təcrübəsi. Tələb olunan səriştələr Texniki problemləri müstəqil şəkildə analiz etmək və həll yolları formalaşdırmaq bacarığı; Güclü analitik və məntiqi düşünmə qabiliyyəti; Root cause analysis yanaşması; Prioritetləri düzgün müəyyən etmək və bir neçə texniki tapşırığı paralel idarə etmək bacarığı; Məsuliyyətlilik, operativlik və detallara diqqət; Komandada işləmək və digər texniki komandalarla effektiv ünsiyyət qurmaq bacarığı; Texniki qərarları əsaslandırmaq və düzgün şəkildə sənədləşdirmək bacarığı; Yeni texnologiyaları sürətlə mənimsəmək və praktiki tətbiq etmək bacarığı; Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30.10.2026

Источник объявления

Открыть оригинал объявления

© Bestcomp Group jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

Похожие объявления