Tərkibindəki komponentlər quru və normal dərini dərindən nəmləndirir, möhkəmləndirir və onu xarici aqressiv amillərin təsirindən qoruyur. Dərinin mikrobiomunu dəstəkləyir. AC VEGAN YOGURT HYDROLYSATE SF – kokos yoqurtunun hidrolizə olunmuş zülalıdır. Kokos südünün faydalı lactobacillus bulgaricus probiotiki ilə fermentasiyası yolu ilə əldə olunur. Vacib vitaminlər, minerallar, antioksidantlar və amin turşuları ilə zəngindir. Dərinin öz ekosistemini qoruyub yaxşılaşdırmasına kömək edir, onu xarici təsirlərə qarşı daha davamlı edir və erkən qocalmadan qoruyur. ACB BIO-WATER BAMBOO – probiotik bakteriyalarla fermentləşdirilmiş bambuk suyudur. Antioksidant təsir göstərir və dərini uzunmüddətli nəmləndirir. Kollagen sintezini stimullaşdırmağa kömək edir, dərinin mikrobiomu və immun müdafiəsi ilə effektiv işləyir. Üzüm çəyirdəyi yağı – epidermisin dərin qatlarını effektiv nəmləndirir, dərinin təbii nəmini qoruyur və bərpa edir. Regenerasiyaedici və sakitləşdirici təsir göstərir, dərinin tonusunu və elastikliyini artırır, onu daha hamar edir. Karbamid (mochevina) – dərini yumşaldır və nəmləndirir. Allantoin – hüceyrələrin yenilənməsini stimullaşdırır.
© birmarket.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.