"Pizza Mizza" MMC-yə "Velo Kuryer" tələb olunur.
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
Qeyd: Namizəd ElektroVelosiped ilə təmin olunur.
Namizədə tələblər:
Yaş 18-40
Şəxsi nəqliyyat vasitəsi (kateqoriyaya uyğun sürücülük vəsiqəsi)
Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
Naviqatordan istifadə (WAZE) bacarığı
Səliqəli görünüş (hər zaman üzü təraşlı)
Danışıq və davranış qaydalarını bilməli
Şirkətdaxili qaydalara tam şəkildə riayət etmək
Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması
Hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması
Bukletlərin paylanılması
İş şəraiti:
İş vaxtı 6 günlük
AR Əmək Məcəlləsinə uyğun Rəsmiləşdirmə
Aylıq gəlir 500-700 Azn
1 il sonra ElektroVelosiped Əməkdaşın şəxsi mülkü olur.
Nahar və forma şirkət tərəfindən verilir
Karyera inkişafına şərait yaradılır
İş yeri:
Sumqayıt, Bağçaşəhər
© İlqar Ramizoğlu · tezbazar.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.