Vəzifə öhdəlikləri
Şirkətin vizual merçendayzinq standartlarına uyğun olaraq mağaza və vitrinlərin tərtibatını həyata keçirmək;
Mövsümi kolleksiyaların, yeni məhsulların və kampaniyaların mağaza daxilində düzgün yerləşdirilməsini təmin etmək;
Manekenlərin geyindirilməsi və məhsulların cəlbedici şəkildə təqdim olunmasını təmin etmək;
Məhsul qruplarının satış göstəricilərini nəzərə alaraq ekspozisiya planlarını tətbiq etmək;
Mağazanın ümumi görünüşünə və vizual standartların qorunmasına gündəlik nəzarət etmək;
Satış komandası ilə koordinasiyalı işləyərək məhsul təqdimatını optimallaşdırmaq;
Foto hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə tələblər
Vizual merçendayzinq, moda, dizayn və ya pərakəndə satış sahəsində minimum 6 ay iş təcrübəsi;
Moda tendensiyaları və müasir vitrin tərtibatı prinsipləri haqqında bilik;
Yüksək estetik zövq və yaradıcı yanaşma;
Məkan planlaması və rəng uyğunluğu barədə anlayış;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətli, diqqətli və işinə qarşı peşəkar yanaşma.
Təklif edirik
Rəsmi əmək müqaviləsi;
Stabil və uzunmüddətli iş imkanı;
Peşəkar və dinamik komanda mühiti;
Karyera inkişafı perspektivi;
Vaxtında ödənilən əmək haqqı.
İş yeri: Binəqədi rayonu, Mədəniyyət Evinin yanı
İş qrafiki: 6 günlük iş həftəsi
İstirahət günü: Həftədə 1 gün
Əmək haqqı: 800 AZN
📩 Müraciət etmək istəyən namizədlər CV-lərini göndərə və ya əlaqə nömrəsi ilə müraciət edə bilərlər.
© Assorti geyim magazası · busy.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.