Masazır qəsəbəsində, sakit və əlverişli ərazidə yerləşən 5 otaqlı həyət evi satılır. Evin ümumi sahəsi 200 kv.m, torpaq sahəsi isə 2,5 sotdur.
Ev yeni təmirdən çıxıb və tam təmirli vəziyyətdədir. Mərtəbələrarası örtük monolit betondur, qoşa daşla inşa edilib və kürsülüdür. Arxa hissədə əlavə həyət sahəsi mövcuddur.
Əmlakın sənədi çıxarışdır. Su, işıq və qaz daimidir. Geniş həyəti və funksional otaq bölgüsü rahat yaşayış üçün əlverişli şərait yaradır.
Yol asfalt örtüklüdür. Ev avtobus dayanacağından təxminən 30 metr məsafədə yerləşir. Yaxınlıqda məktəb və iki uşaq bağçası var. Ərazi infrastruktur baxımından olduqca əlverişlidir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Kod: 7800