Xaçmaz rayonunun Qaracəlli kəndində yerləşən, ümumi sahəsi 1,27 hektar olan, tam təchizatlı və məhsuldar meyvə bağı dəyərindən aşağı qiymətə satışa çıxarılıb.
Bağda 6 illik, artıq bar verən Şandler sortlu qoz və şaftalı ağacları yetişdirilir. Ərazi kənd təsərrüfatı fəaliyyəti üçün lazımi infrastrukturla təmin olunub və hazır vəziyyətdədir.
Torpaq sahəsinin bütün perimetri beton dirəklər (şpalerlər), metal tor və tikanlı məftillərlə hasarlanıb. Giriş hissəsində dəmir barmaqlıqlı darvaza quraşdırılıb. Əlavə mühafizə məqsədilə sahənin ətrafı boyunca dərin xəndək qazılıb.
Bağda suvarma üçün şəxsi artezian quyusu, nasosxana, motopompa və damcı suvarma sistemi mövcuddur. Bu avadanlıqlar ağacların müntəzəm suvarılmasına və bağın səmərəli idarə olunmasına imkan yaradır.
Ərazidə müvəqqəti yaşayış və istirahət üçün 3×6 metr ölçüsündə vaqon, ayrıca sanitar qovşağı, içməli su quyusu və əl nasosu (kaçalka) var.
Sənəd: Çıxarış (kupça). Torpaq xüsusi mülkiyyətdədir, icarə əsasında verilmiş sahə deyil.
Məhsul verən ağacları, hazır suvarma sistemi, hasarlanmış ərazisi və mövcud təsərrüfat infrastrukturu ilə bu bağ kənd təsərrüfatına investisiya qoymaq və ya hazır meyvəçilik təsərrüfatı əldə etmək istəyənlər üçün əlverişli seçimdir.
Bağ dəyərindən aşağı qiymətə satılır.
Ətraflı məlumat almaq və əraziyə yerində baxış keçirmək istəyən ciddi alıcılar əlaqə saxlaya bilərlər.
© Qədim · evv.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.