Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 7-ci mikrorayonda, Dərnəgül metrostansiyasının birbaşa çıxışında yerləşən “West Town” yaşayış kompleksində sərfəli kredit şərtləri ilə mənzil satılır.
Ümumi sahəsi 82 kv.m olan qanuni 2 otaqlı mənzil 14 mərtəbəli yeni tikili binanın 14-cü mərtəbəsində yerləşir. Mənzil tam təmirlidir, təmirdən sonra yaşayış olmayıb. Otaqları geniş və işıqlıdır, istilik sistemi kombidir.
Yaşayış kompleksi əlverişli və prestijli ərazidə yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər, ictimai nəqliyyat dayanacağı və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Mənzil illik 4%-li dövlət dəstəkli, satmaq öhdəliyi ilə kirayə layihəsi çərçivəsində təqdim olunur.
İlkin ödəniş: 43 000 AZN
Aylıq ödəniş: 1 398 AZN
Kredit müddəti: 24 il
İllik faiz dərəcəsi: 4%
Yalnız rəsmi gəliri və ya VÖEN-i olan şəxslər müraciət edə bilər. Elanda yerləşdirilən şəkillər şərtidir, mənzil yenidir.
Xidmət haqqı: 2 000 AZN