Ziya Bünyadov prospektində, Lake City Yaşayış Kompleksində premium təmirli mənzil satılır. Mənzil yüksək keyfiyyətli materiallarla təmir olunub, yaşayış üçün tam hazırdır və əlavə xərc tələb etmir.
Mənzildə təbii parket, keramoqranit hissələrdə isti döşəmə, tam quraşdırılmış mebel və məişət texnikası, 2 kondisioner, 2 televizor, ikiqapılı soyuducu, paltaryuyan, soba, mikrodalğalı soba, E.C.A santexnika və müasir LED işıqlandırma var. Geniş eyvanı göl və şəhərə panoramik mənzərə açır.
Kompleks qapalı və 24/7 mühafizə olunur. Yeraltı və yerüstü parkinq, açıq və qapalı hovuz, fitness, SPA, uşaq meydançaları və yaşıllıq zonaları mövcuddur. Məktəb, uşaq bağçası, hipermarketlər, ASAN Xidmət, Koroğlu metrosu, Bakı Olimpiya Stadionu və Böyükşor Bulvarına yaxındır. Metroya piyada təxminən 3 dəqiqəlik məsafədədir.
Hər binada 2 blok, hər blokda 3 KONE markalı lift var. Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişlidir. Real alıcı ilə qiymətdə razılaşma mümkündür.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Nərimanov ray., Koroğlu m/st
© Zülfü · evio.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.