Zaqatala rayonunun Yuxarı Tala kəndində, gözəl dağ mənzərəsinə malik ərazidə yerləşən torpaq sahəsi təcili satışa çıxarılıb.
Torpaq sahəsi səfalı təbiəti, təmiz havası və dağ mənzərəsi ilə fərqlənir. Ərazi bağ evi tikmək, istirahət məkanı yaratmaq və fərdi yaşayış üçün olduqca əlverişlidir.
Sahə əsas avtomobil yolundan cəmi 50 metr məsafədə yerləşir. Yaxınlıqda məktəb, ərzaq mağazası və digər gündəlik ehtiyacları qarşılamaq üçün obyektlər mövcuddur. Ərazidən hər 30 dəqiqədən bir marşrut avtobusu keçir.
Torpaq sahəsi məşhur Meşleş istirahət mərkəzinə avtomobillə təxminən 5 dəqiqəlik məsafədə yerləşir. Bu da ərazini həm yaşayış, həm də istirahət məqsədilə cəlbedici edir.
Həyətdə 30 ədəd fındıq ağacı mövcuddur. Yaşıllıqlarla əhatə olunmuş sahə bağçılıqla məşğul olmaq istəyənlər üçün də münasibdir.
*Əmlak birbaşa sahibi tərəfindən, vasitəçisiz və çox təcili satılır.
Qiymət razılaşma yolu ilə müəyyən ediləcək. Real alıcı ilə endirim mümkündür.*
Ətraflı məlumat almaq və torpaq sahəsinə yerində baxış keçirmək istəyən ciddi alıcılar əlaqə saxlaya bilərlər.
© Mütəllib · evv.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.