Köhnə Günəşli qəsəbəsində, Neapol dairəsi yaxınlığında, Səməd bəy Mehmandarov küçəsində 3 otaqlı mənzil satılır.
Leninqrad layihəli binada yerləşən mənzil ilkin olaraq qanuni 4 otaqlı olub, funksional şəkildə 3 otağa çevrilib. Mənzil tam təmirlidir, işıqlı və yelçəkəndir. Binanın hər iki tərəfinə baxan eyvanları mövcuddur.
Qaz, su, işıq, istilik və internet daimidir. Bina dövlət tərəfindən əsaslı təmir olunub. Həyətdə uşaqlar və böyüklər üçün istirahət və əyləncə sahələri yaradılıb.
Ərazi sakit, sərin və inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda uşaq bağçaları, məktəblər, marketlər, restoranlar, park və digər zəruri iaşə obyektləri yerləşir. Ukrayna dairəsinə piyada təxminən 10–15 dəqiqəlik məsafə var.
Mənzil razılaşma əsasında əşyalarla birlikdə də satıla bilər.
Sənəd: çıxarış. Mənzil ipotekaya yararlıdır.
Qiymət: 195 000 AZN.
Ofisin xidmət haqqı: 1%.