Badamdar 3-cü massivdə yerləşən bu fərdi yaşayış evi 5 sot torpaq sahəsində inşa olunub və ümumi sahəsi 400 m²-dir. Ev 3 mərtəbəlidir və hər üç mərtəbədən dəniz mənzərəsi çox aydın və yaxından görünür. Üçüncü mərtəbə terasdır və əlavə olaraq 2 evin damının terasa görə ödənişi edilib. Evdə 5 geniş otaq mövcuddur, həmçinin 3 otaqdan ibarət qarajı var. Sanitar qovşaqlardan 2-si evin daxilində yerləşir və hər mərtəbədə mövcuddur, əlavə olaraq 1 sanitar qovşaq həyətdədir.
Ev çox işıqlıdır və təmir zamanı yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunub. Hər iki yaşayış mərtəbəsi tam isti pol sistemi ilə təchiz edilib, kombi sistemi ekonomik və keyfiyyətlidir. İşıqlandırma sistemi yüksək səviyyədədir, holl və mətbəx hissələri qranit və mərmərlə işlənib. Su, işıq və qaz daimidir, Wi-Fi qoşulub və ev daimi kamera nəzarəti altındadır.
Evin giriş darvazası avtomatikdir, həm həyət qapısı, həm də qaraj pultla idarə olunur. Hər mərtəbədən Nargin adalarına gözəl mənzərə açılır. Sənədləşmə tam qaydasındadır, evin kupçası (çıxarışı) var. Ərazi təmiz və sağlam havası ilə seçilir, yol evin qapısına qədər asfaltdır. Həyətdə istilik sistemi olan besetka mövcuddur. Ev təcili satışda olduğu üçün qiymət münasibdir.
KOD: 3919
© Şəmistan · evv.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.