Şəxsi həyət evi satılır!
Ev şəxsi mülkiyyətimdir, makler deyiləm. Başqa yerə köçdüyüm üçün satışa çıxarılıb. Evin çıxarışı (kupçası), texniki pasportu və digər sənədləri tam qaydasındadır.
Həyətyanı sahəsi 10 sotdur. Həyətdə çoxsaylı meyvə ağacları, həmçinin təsərrüfat məqsədilə istifadə oluna bilən, uzunluğu 14 metr, eni 4 metr olan əlavə tikili mövcuddur. Həyət dörd tərəfdən hasarlanıb, pultla idarə olunan darvaza və domofon sistemi quraşdırılıb.
Evin yan hissəsində avtomobil saxlamaq üçün naves mövcuddur. Həyətdə hovuz və manqal sahəsi də tikilib. Bundan əlavə, həyətdə ayrıca sanitar qovşaq var.
Qaz, su, işıq və optik internet xətti daimidir. Əlavə olaraq istifadəyə yararlı su quyusu, motor və 4 ədəd 1 tonluq su çəni mövcuddur. Ev kombi istilik sistemi ilə təmin olunub.
Evin birinci mərtəbəsində geniş mətbəx, böyük zal və əlavə bir otaq yerləşir. İkinci mərtəbədə sanitar qovşaq, mətbəx, geniş zal, yataq otağı və uşaq otağı mövcuddur.
Ev Şilavar kəndində, Söyüdlük kafesinin yaxınlığındakı küçədə, əlverişli və sakit ərazidə yerləşir.
Real alıcı ilə qiymətdə müəyyən razılaşma mümkündür.
© Sahib · evv.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.