

105 000 ₼
Satılık 4 odalı müstakil ev / Yazlık / Villa, 254 m²
İlçe bilinmiyor — aralık tüm şehir içindir, kesin karşılaştırma değil
Bu ilan
ucuzbenzer ilanların çoğupahalı
Benzer ilanların çoğu bu aralıkta: 40 000 ₼ – 78 875 ₼
m² fiyatı 413 ₼ · Şirvan medyanı 550 ₼ — 25 % ucuz · ilçe bilinmiyor — tüm şehirle karşılaştırma
Son 24 saatte numara 1 kez gösterildi
SatılıkKontrol edildiİkinci elBugün
ŞehirŞirvan
KategoriEv, yazlık, villa
Tapu varEvet
İşlem türüSatılık
Emlak türüMüstakil ev / Yazlık / Villa
Oda sayısı4
Alan254 m²
Arsa alanı9 sot
Toplam kat sayısı1
EşyalıEvet
SatıcıMal sahibi
Tarih
Görüntülenme25
Numara№5075565
ŞehirŞirvan
Tapu varEvet
Emlak türüMüstakil ev / Yazlık / Villa
Alan254 m²
Toplam kat sayısı1
SatıcıMal sahibi
Tarih
Açıklama
Şirvan şəhərində, “Varlılar məhəlləsi” kimi tanınan prestijli ərazidə geniş və yüksək keyfiyyətlə tikilmiş həyət evi satılır.
Torpaq sahəsi 9 sotdur və sənəddə də tam şəkildə qeyd olunub. Evin ümumi sahəsi 254 kv.m-dir. Tikili 7 daş kürsü üzərində, qoşa daşla inşa olunub, aşağı və yuxarı hissələr monolit kəmərlə möhkəmləndirilib.
Ev 4 otaqdan ibarətdir: 2 geniş zal, 2 yataq otağı, mətbəx və sanitar qovşağı mövcuddur. Otaqlar funksional planlaşdırılıb və ön zala açılır.
Mənzil müasir üslubda təmir olunub. Hamam və sanitar qovşağı birlikdədir və tam təmirlidir. Mətbəx də səliqəli şəkildə təmir olunub, mətbəx mebeli və məişət texnikası ilə təchiz edilib.
Ev əşyaları və mətbəxdəki avadanlıqlarla birlikdə satılır. Mətbəxdə su filtri, qabyuyan maşın, paltaryuyan maşın, Sharp soyuducu və digər texnika mövcuddur. Evdə LG Android televizor, Wi-Fi, kombi sistemi, asma ventilyatorlu çilçıraq və ayrıca su qızdırıcısı quraşdırılıb.
Evin iki tərəfdən ayrıca girişli zirzəmiləri var. Su qızdırıcısı zirzəmi hissəsində yerləşdirilib.
Həyət geniş, səliqəli və tam abadlaşdırılıb. Müxtəlif növ meyvə ağacları və güllərlə zəngin bağ sahəsi ayrıca hasarlanıb. Həyətdə üzüm çardağı da mövcuddur.
Əlavə olaraq:
• 10 tonluq su çəni
• Həyət mətbəxi
• Manqal sahəsi
• Həyətdə ayrıca ayaqyolu
• Müxtəlif köməkçi tikililər
• Geniş naves
• Əl damı
• Tamet döşənmiş həyət
• 24 saat işlək 4 ədəd kamera sistemi
• Həyət işıqlarını avtomatik yandırıb-söndürən rele
• Bağdakı ağacları vaxtla avtomatik sulayan sistem mövcuddur.
Naves üçün əvvəlcədən alınmış yeni dam örtükləri də evdə qalacaq.
Həyət istirahət etmək, qonaq qarşılamaq və ailəvi yaşayış üçün olduqca rahat şəraitə malikdir.
Real alıcıya evin və həyətin tam şəkilləri təqdim olunacaq.
Yalnız ciddi və real alıcıların əlaqə saxlaması xahiş olunur. Vasitəçilərin və sadəcə maraq üçün zəng edən şəxslərin narahat etməməsi rica olunur.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
REKLAM














