Prayk
Satılık arsa, 51 sot — Torpaq, Qəbələ
484 500 ₼

Satılık arsa, 51 sot

SatılıkAnaliz edildiİkinci el2 gün önce
Şehir
Qəbələ
Kategori
Arsa
Tapu var
Evet
İşlem türü
Satılık
Arsa alanı
51 sot
Emlak türü
Arsa
Satıcı
Mal sahibi
Tarih
Görüntülenme
14
Numara
№5469507

Açıklama

Qəbələ rayonunun Vəndam qəsəbəsində, məşhur Yeddi Gözəl şəlaləsinə aparan yolun kənarında yerləşən 51 sot torpaq sahəsi satılır. Torpaq sahəsi birbaşa əsas yolun kənarında, füsunkar dağ mənzərəsi və təmiz havası ilə seçilən ərazidə yerləşir. Ətrafı yaşayış evləri ilə əhatə olunub. Sakit təbiəti, turizm obyektlərinə yaxınlığı və əlverişli yerləşməsi ərazinin əsas üstünlüklərindəndir. Torpaq sahəsinin xüsusiyyətləri: - Ümumi sahə: 51 sot - Təyinatı: kənd təsərrüfatı - Sənəd: rəsmi çıxarış (kupça) - Yeddi Gözəl şəlaləsinə gedən əsas yolun kənarında yerləşir - Gözəl dağ mənzərəsi və təmiz havası var - Ətrafında yaşayış evləri mövcuddur - Qaz, su və elektrik xətləri yaxınlıqdan keçir - Turizm baxımından cəlbedici ərazidə yerləşir Torpaq hazırda kənd təsərrüfatı təyinatlıdır. Ətraf ərazilərdə yaşayış evlərinin mövcudluğu və kommunal infrastrukturun yaxınlığı gələcək istifadə imkanları baxımından diqqətəlayiqdir. Torpağın təyinatının yaşayış və ya həyətyanı sahəyə dəyişdirilməsi isə müvafiq dövlət qurumlarının qərarından və qanunvericiliklə müəyyən edilmiş prosedurlardan asılıdır. Ərazidə həyətyanı təyinatlı torpaq sahələrinin bir sotunun qiyməti təxminən 15 000 AZN-dən başlayır. Satışa çıxarılan bu torpaq isə daha münasib qiymətlə təklif olunur. Vəndamın turizm potensialı, dağ mənzərəsi və əsas yola birbaşa çıxışı əmlakı uzunmüddətli investisiya üçün də maraqlı seçimə çevirir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Əmlakın Yeddi Gözəl şəlaləsinə aparan yol üzərində yerləşməsi, ətrafındakı yaşayış infrastrukturu və geniş sahəsi gələcək inkişaf perspektivləri baxımından əlavə üstünlüklər yaradır. Torpaq birbaşa mülkiyyətçi tərəfindən satılır. Vasitəçilərin və maklerlərin narahat etməməsi xahiş olunur. Ətraflı məlumat almaq və torpaq sahəsinə yerində baxış keçirmək istəyən ciddi alıcılar əlaqə saxlaya bilərlər.

İlanın kaynağı

Orijinal ilanı aç

© Nihat evv.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp