
Bakı8
Aİ Video Creator
Aİ Video Creator
Anlaşmalı
Kontrol edildi1 hafta önce
ŞehirBakı
Tarih
Görüntülenme8
Numara№5517234
Açıklama
Saits Group MMC prodakşn komandası üçün generativ (AI) vizualları, montaj, rəng və səs korreksiyası vasitəsilə 30-60 saniyəlik (9:16 formatında) hazır dinamik videolara çevirəcək Video Montajçı axtarır.
Əsas vəzifələr:
Vertikal videoların montajı: Qısa çarxlarda ritm, temp və keçidlərin dramaturgiyasının qurulması.
Rəng korreksiyası: Müxtəlif generativ kadrlara vahid vizual üslubun (look) verilməsi.
Səslə iş: Musiqi seçimi, SFX (səs effektləri) və sinxronizasiya.
Qrafika və titrlər: Brandbook-a uyğun olaraq titrlərin və yüngül qrafikaların əlavə edilməsi.
Məzmunun bütövləşdirilməsi: Müxtəlif keyfiyyətli generativ materialları vahid və axıcı bir çarxda birləşdirmək.
Tələblər:
Təcrübə: Reklam, sosial şəbəkələr və ya kliplərin montajı sahəsində 2+ il təcrübə.
Proqramlar: CapCut / Premiere Pro / DaVinci Resolve; yüngül qrafika üçün After Effects (baza səviyyəsi).
Şəxsi keyfiyyətlər: Yüksək ritm və estetik zövq hissi, brend qaydalarına qarşı diqqətlilik.
İş tərzi: Axınla gələn iş rejimində (potok) dedlaynlara dəqiq riayət etmək.
İş barədə məlumat:
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
5 günlük iş qrafiki: I-V günlər 10:00-18:00
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/203254/video-montajci-video-redaktor-prodaksn
REKLAM








