
Bakı5
Anbar idarəetməsi və uçot üzrə baş mütəxəssis

Anlaşmalı
Anbar idarəetməsi və uçot üzrə baş mütəxəssis
Analiz ediliyorDün
Açıklama
• Anbara daxil olan və çıxan maddi-əmtəə dəyərlilərinin (MƏD), avadanlıqların və inventarların tam maddi məsuliyyətini daşımaq, onların saxlanılmasını və təhlükəsizliyini təmin etmək. • Anbar əməliyyatlarının (məxaric, daxilolma, silinmə, transfer) müvafiq proqram təminatında (ERP/1C/Excel) dəqiq və vaxtında uçotunu aparmaq. • Malların daxilolması zamanı müşayiətedici sənədləri (qaimə, akt, hesab-faktura və s.) yoxlamaq, fiziki sayımı aparmaq və uyğunsuzluq olduqda aktlaşdırmaq. • İntellektual, texnoloji və idarəetmə aktivlərinin, elektron avadanlıqların və digər materialların təyin olunmuş qaydalar üzrə uçotunu və hərəkətini izləmək. • Material və avadanlıqların struktur bölmələrinə təhvil-təslim prosesini müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirmək. • Anbar qalıqları, mal hərəkəti və dövriyyəsi üzrə gündəlik, həftəlik və aylıq maliyyə-uçot hesabatlarını hazırlayıb rəhbərliyə və Maliyyə departamentinə təqdim etmək. • Dövri və illik inventarizasiya (sayım) proseslərində birbaşa iştirak etmək, faktiki qalıqlarla uçot göstəricilərini tutuşdurmaq və kənarlaşmaları analiz edərək hesabat vermək. • Xarab olmuş, zədələnmiş, istifadəyə yararsız və ya mənəvi köhnəlmiş aktivlərin müəyyən edilərək silinməsi üçün təkliflər və aktlar hazırlamaq. • Anbar sahəsində optimal yerləşdirmə, adresasiya və logistika qaydalarını tətbiq etmək, anbarın səliqəli və nizamlı saxlanılmasını təmin etmək.
Tələblər:
• Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya bənzər alət/sahələr üzrə ali təhsil. • Anbar idarəetməsi, material-uçotu və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi. • İlkin mühasibatlıq və maliyyə uçotu prinsiplərini, aktivlərin amortizasiyası və silinməsi mexanizmlərini yaxşı səviyyədə bilmək. • 1C (və ya digər ERP sistemləri) və MS Office (xüsusilə MS Excel – cədvəllər, düsturlar və hesabatlılıq üçün) proqramlarını yüksək səviyyədə bilmək. • Rəsmi təhvil-təslim aktları, qaimələr, silinmə aktları və daxili hesabat formaları ilə işləmək bacarığı. • Yüksək məsuliyyət hissəsi, dürüstlük, detallara diqqətlilik və analitik düşüncə qabiliyyəti. • Maddi məsuliyyət müqavilələri və inventarizasiya aparılması qaydaları üzrə biliyə sahib olmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Orta səviyyəli
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-anbar-idareetmesi-ve-ucot-uzre-bas-mutexessis-17684013/apply
REKLAM











