Prayk

Anbar üzrə operator

1 000 ₼
Kontrol edildi2 hafta önce
Şehir
Bakı
Tarih
Görüntülenme
2
Numara
№3345662

Açıklama

Əmək haqqı: 800–1000 AZN Qeyd: Yalnız yerli namizədlərin müraciətləri nəzərdən keçiriləcək. Müraciət qaydası CV-nizi göndərərkən mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. CV-lərinizi aşağıdakı elektron poçt ünvanına göndərə bilərsiniz: Ən azı orta təhsil Anbar, logistika və ya yükdaşıma/göndəriş əməliyyatları sahəsində minimum 3 il iş təcrübəsi Əczaçılıq, qida, kosmetika və ya kimya kimi istehsalat sahələrində iş təcrübəsinin olması arzuolunandır Malların qəbulu, məhsulların yerləşdirilməsi, inventar uçotu və göndəriş prosesləri üzrə biliklər ERP/SAP sistemləri üzrə əsas biliklərin olması arzuolunandır İnventar idarəetməsi, göndəriş, malların qəbulu və stok nəzarəti prosesləri üzrə təcrübə Əl terminalları, barkod sistemləri və əsas kompüter proqramlarından (MS Office) istifadə bacarığı Əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına uyğun işləmək bacarığı Detallara diqqətli, nizam-intizamlı və məsuliyyətli olmaq Dəyişikliklərə və davamlı təkmilləşdirməyə açıq olmaq, təşəbbüskarlıq göstərmək, sistemlərin qurulmasında və əməliyyat proseslərinin idarə edilməsində iştirak etmək bacarığı Materialların idarə edilməsi və anbar logistikasına dair proseslərin GMP tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək Anbara daxil olan məhsulların qəbul proseslərini həyata keçirmək Məhsulların anbarda düzgün və sistemli şəkildə yerləşdirilməsini və saxlanılmasını təmin etmək Məhsulların göndərilməzdən əvvəl hazırlanması proseslərini idarə etmək Anbarın giriş və çıxış əməliyyatları üzrə uçot qeydlərini aparmaq və nəzarətdə saxlamaq Anbar sayımı və inventar nəzarəti fəaliyyətlərinə dəstək olmaq Məhsulların seçilməsi (picking), qablaşdırılması və yüklənməsi əməliyyatlarında iştirak etmək İstehsalat, planlaşdırma və logistika komandaları ilə sıx əməkdaşlıq etmək Əl terminalları, forklift, stacker və reach truck kimi avadanlıqlardan istifadə etmək müvafiq avadanlıqlar üzrə tələb olunan lisenziya və sertifikatlara malik olmaq Anbar əməliyyatlarını ERP/SAP sistemləri vasitəsilə izləmək və qeydiyyata almaq Anbarın səliqəli, təmiz və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək Bütün vəzifə öhdəliklərini əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirmək Əmək haqqı: 800-1000 AZN
REKLAM