Prayk

Anbardar

Anlaşmalı
Kontrol edildiDün
Şehir
Bakı
Tarih
Numara
№4024551

Açıklama

Vəzifə öhdəlikləri: Anbara daxil olan xammal, material və hazır məhsulları sənədlər əsasında qəbul etmək, miqdarını və vəziyyətini yoxlamaq; Məhsul və materialların düzgün yerləşdirilməsini və təhlükəsiz saxlanılmasını təmin etmək; İstehsalata verilən materialların və istehsalatdan qəbul edilən hazır məhsulların uçotunu aparmaq; Anbar üzrə giriş-çıxış əməliyyatlarını vaxtında qeydiyyata almaq və müvafiq sənədləri rəsmiləşdirmək; Sifarişlər üzrə məhsulların hazırlanmasını və təhvil verilməsini təşkil etmək, yükləmə-boşaltma işlərinə nəzarət etmək; Anbar qalıqlarını izləmək və material çatışmazlığı barədə vaxtında məlumat vermək; İnventarizasiyada iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək; Zədələnmiş və uyğunsuz materialların ayrıca saxlanılmasını təmin etmək, aşkar edilmiş fərqlər barədə rəhbərliyə məlumat vermək; Anbarda səliqə-sahmana və təhlükəsizlik qaydalarına riayət etmək. Namizədə tələblər: Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi; İstehsalat müəssisəsində anbar işi üzrə təcrübə üstünlükdür; Malların qəbulu, saxlanılması, buraxılışı və inventarizasiyası üzrə praktiki biliklər; Anbar sənədləri və mal-material uçotu ilə işləmək bacarığı; Kompüter və Excel bilikləri; 1C və ya digər anbar uçotu proqramında iş təcrübəsi üstünlükdür; Sayım və hesablamalarda dəqiqlik, təşkilatçılıq və komandada işləmək bacarığı; Məsuliyyətlilik, dürüstlük və maddi dəyərlilərin qorunmasına diqqətli yanaşma. İş şəraiti: Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır; Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197059/anbardar

Benzer ilanlar