Mebel komandamıza anbar proseslərinin idarə olunması, anbar nəzarəti və çatdırılma əməliyyatlarının dəqiq təşkili sahəsində məsuliyyətli və təcrübəli komanda üzvü axtarırıq.
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
İş Qrafiki: 6 günlük iş həftəsi (Həftə içi 1 gün istirahət);
Ünvan: Bakı şəhəri, M.Ə. Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi
Tələblər:
Mebel və ya oxşar sahədə anbar/logistika təcrübəsi (üstünlükdür);
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
Fiziki dözümlülük və təşkilatçılıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Anbar əməliyyatlarının (malların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi) operativ və dəqiq təşkili;
Anbardakı mebel və materialların saxlanma qaydalarına, inventarizasiyasına və qalıqlara tam nəzarət olunması;
Müştəri sifarişlərinin vaxtında, əksiksiz və zədəsiz çatdırılması üçün logistika və yükləmə proseslərinin idarə edilməsi;
Maaş: 700-1000 AZN
Yaş: 30-50
Təhsil: Orta texniki
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
© ILkin Faracov · boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.