Prayk
Aparıcı / Baş Hüquqşünas — Hüquq, Bakı
Anlaşmalı

Aparıcı / Baş Hüquqşünas

Kontrol edildiBugün
Şehir
Bakı
Tarih
Numara
№3526261

Açıklama

Hüquq komandamıza bank fəaliyyətinin hüquqi təminatı və hüquqi risklərin idarə edilməsi üzrə təcrübəli namizədləri dəvət edirik. Bu vəzifədə siz müqavilələrin ekspertizası, biznes proseslərinin hüquqi qiymətləndirilməsi, hüquqi risklərin azaldılması və biznes bölmələrinə hüquqi dəstəyin göstərilməsində aktiv rol alacaqsınız. Vəzifə öhdəlikləri: Bankın fəaliyyətinin hüquqi təminatı, hüquqi risklərin strateji qiymətləndirilməsi və azaldılması mexanizmlərinin hazırlanması;Yeni məhsul, layihə və biznes prosesləri üzrə hüquqi çərçivənin qurulması, risk təhlili və hüquqi strategiyaların hazırlanması;Kompleks, yüksək dəyərli, strateji və beynəlxalq müqavilələrin hüquqi ekspertizası və bankın maraqlarını qoruyan hüquqi mövqelərin formalaşdırılması;Daxili korporativ aktların hazırlanmasına dəstək;Struktur bölmələrin hüquqi məsələləri üzrə rəy verilməsi və biznes qərarlarının hüquqi risklər baxımından qiymətləndirilməsi;Qanunvericilikdə baş verən dəyişikliklərin davamlı monitorinqinə nəzarət edilməsi;Xarici və yerli dövlət qurumları, tənzimləyici orqanlar və hüquq-mühafizə orqanları ilə hüquqi məsələlər üzrə kommunikasiya və münasibətlərin idarə edilməsi. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Unibank Kommersiya Bankı Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-aparici-bas-huquqsunas-8571993/apply

Benzer ilanlar