
16
Aparıcı mühasib

1 500 ₼
Aparıcı mühasib
Kontrol edildiBugün
Tarih
Görüntülenme16
Numara№5611269
Açıklama
Lüks geyim mağazalarına təcrübəli və məsuliyyətli Aparıcı mühasib axtarırıq!
Vəzifə öhdəlikləri
Müəssisənin mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;
Gündəlik maliyyə və təsərrüfat əməliyyatlarının uçotuna nəzarət;
Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin hesablanması;
Elektron qaimə-fakturaların və ilkin mühasibat sənədlərinin yoxlanılması;
Bank və kassa əməliyyatlarına, debitor və kreditor borclarına nəzarət;
Əməkhaqqı, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması;
Mal-material ehtiyatlarının, alış-satış əməliyyatlarının və anbar qalıqlarının uçotunun aparılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
Namizədə tələblər
Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
Aparıcı mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
Vergi və mühasibat uçotu üzrə praktiki biliklər;
MS Excel proqramında sərbəst işləmək bacarığı;
Elektron vergi sistemi və digər dövlət portalları ilə işləmək təcrübəsi;
Ticarət və pərakəndə satış sahəsində mühasibatlıq təcrübəsi üstünlükdür;
Dəqiqlik, analitik düşünmə və yüksək məsuliyyətlilik.Güclü ünsiyyət və problem həll etmə bacarığı;
Məsuliyyətli, obyektiv və analitik düşüncə qabiliyyəti.
İş şəraiti
İş yeri - Bakı şəhəri
Əməkhaqqı - 1500 AZN
İş rejimi: Tam ştat
CV-lərinizi mövzu hissəsində “Aparıcı mühasib” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 04.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-aparici-muhasib-155569
REKLAM














