Öhdəliklər
Şirkətin mühasibat və vergi uçotunun tam və müstəqil şəkildə aparılması;
Vergi bəyannamələrinin, DSMF, statistika və digər müvafiq hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin uçotunun aparılması;
Bank əməliyyatlarının həyata keçirilməsi və ödəniş tapşırıqlarının hazırlanması;
Debitor və kreditor borclarına nəzarət edilməsi;
Əməkhaqqı, məzuniyyət və son haqq-hesabların hesablanması;
Müqavilələrin, hesab-fakturaların və digər ilkin maliyyə sənədlərinin uçotunun aparılması;
Vergi orqanlarından daxil olan məktubların, sorğuların və kameral uyğunsuzluqların araşdırılması və cavablandırılması;
Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;
Rəhbərliyə müvafiq maliyyə məlumatlarının və hesabatların təqdim edilməsi.
Tələblər
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
Vergi uçotu və hesabatları sahəsində minimum 5 il praktiki təcrübə;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini dərindən bilmək;
ƏDV və mənfəət vergisi bəyannamələri ilə sərbəst işləmək;
Vergi yoxlamaları və uyğunsuzluq məktubları ilə iş təcrübəsi;
1C, Excel və elektron vergi kabinetində sərbəst işləmək;
Əvvəlki dövrlər üzrə vergi uçotunun bərpası və düzəlişlərin aparılması təcrübəsi.
Müəssisənin mühasibat uçotunu müstəqil idarə etmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti.
© Papatya Park · busy.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.