BioHerbal Baku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi
Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.
İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Bonus sistemi
Qidalanma kartı
Yol xərci , avtomobil mövcuddursa yanacaq kartı
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Müraciət qaydası: mövzü hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron email ünvanına göndərə bilərsiniz.
Tələblər:
Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
minimum 2 il OTC sahəsində təcrübə
Digər tələblər:
Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
Səyyar iş rejiminə uyğunluq
Satış sahəsində yüksək, peşəkar bacarıq
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Yaş aralığı: 25 - 40
Vəzifə öhdəlikləri:
Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik
ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Maaş: 700-1100 AZN
Yaş: 25-40
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən 3 ilə qədər