
6
Aqronom köməkçisi (Zirə)

800 ₼
Aqronom köməkçisi (Zirə)
Analiz edildiDün
Tarih
Görüntülenme6
Numara№4935687
Açıklama
İş şəraiti
İş yeri: Bakı, Zirə qəsəbəsi, İstixana Kompleksi
İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
Əmək haqqı: 800-1000 Azn.
Vəzifə öhdəlikləri
Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir;
Üzvi və mineral gübrələr, herbisidlərdən düzgün istifadəni Aqronomun nəzarəti altında təmin edir;
Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir;
Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir;
Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;
Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Aqronomun tapşırığına əsasən ica edir;
Təhsil və iş təcrübəsi
Ali təhsil (Aqronomluq, Biologiya, Kimya, Torpaqşünaslıq);
Minimum 6 ay vəzifə üzrə təcrübə.
İstixana təcrübəsi mütləqdir.
Bacarıq və səriştələr
Office proqramları (word,excel orta səviyyəli user)
İstixana avadanlıqları ilə işləmə bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik, öyrənməyə həvəsli;
Təminatlar:
Nəqliyyat və nahar ilə təmin edilir.
Bilməlidir
İstixanada becəriləcək bitkilər üçün uyğun becərmə mühitinin düzgün müəyyənləşdirilməsi bacarığı;
Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı;
Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq;
Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom köməkçisi (Zirə)” qeyd etməyi unutmayın.
Maaş: 800 AZN
Son müraciət tarixi: 21.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Buta Agro jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM













